Ofislər, müəssisələr, təhsil və səhiyyə obyektləri, yaşayış kompleksləri və digər məkanlarda giriş-çıxışın təhlükəsiz idarə olunması üçün smart kart oxuyucuları ilə təchiz edilmiş turniketlər və qapılara keçidə nəzarət sistemi təklif edirik.
Sifarişçinin tələbinə uyğun olaraq NFC və ya Bluetooth dəstəkli oxuyucuların tətbiqi mümkündür.
Fərdi keçid hüquqları
Keçid hüquqlarını əməkdaşların vəzifə və səlahiyyətlərinə uyğun kateqoriyalar üzrə fərdi qaydada təyin edirik:
- Əməkdaşlar — fəaliyyətləri üzrə giriş icazəsi verilmiş otaqlara;
- Xidməti personal — yalnız xidmət göstərdikləri otaqlara;
- Texniki personal — yalnız texniki otaqlara;
- Dispetçerlər — yalnız dispetçer otaqlarına;
- Baş menecer, təhlükəsizlik xidmətinin rəisi və digər səlahiyyətli şəxslər — təsdiqlənmiş səlahiyyətlərə uyğun olaraq bütün otaqlara.
Mərkəzləşdirilmiş nəzarət
Kart oxuyucuya yaxınlaşdırıldıqda sistem kart sahibini tanıyır və müvafiq sahəyə keçid hüququnu yoxlayır. İcazə təsdiqləndikdə turniket və ya qapı açılır, icazə olmadıqda isə keçid məhdudlaşdırılır. Giriş-çıxış hadisələri sistemdə qeydə alınır.
Bir və ya bir neçə obyekt üzrə giriş-çıxış qeydlərinin vahid sistemdə arxivləşdirilməsini təklif edirik. Bu həll əməkdaşların davamiyyətini izləməyə, keçid tarixçəsini nəzərdən keçirməyə və təhlükəsizlik nəzarətini mərkəzləşdirilmiş qaydada həyata keçirməyə imkan verir.
