Şəbəkənin fasiləsiz və etibarlı işini təmin etmək üçün etibarlı şəbəkə sistemi təklif edirik.
Kabelləri standartlara uyğun PVC borular və metal kabel kanalları vasitəsilə qoşulma nöqtələrinə çatdırır, bütün nöqtələr üçün Cat 6 kateqoriyalı kabel tətbiq edirik.
Bütün məkanları əhatə edən Wi-Fi həlli istənilən yerdən internet şəbəkəsinə rahat qoşulmaq imkanı yaradır.
Server otağında DC SRV, File SRV, Print SRV, Switches, Cisco hardware firewall, PBX, patch panellər və UPS avadanlıqlarının quraşdırılmasını təklif edirik.
Serverləri və digər avadanlıqları rack şkaflarında yerləşdirərək sistemin fasiləsiz işini və texniki xidmətin rahatlığını təmin edirik. Avadanlıq və proqram təminatının quraşdırılmasını sertifikatlaşdırılmış mütəxəssislər həyata keçirir.
