Modern Reasonable Solutions

Müşavirə otaqları və konfrans zalları

MR Solutions müşavirə otaqları və konfrans zalları üçün müasir, inteqrasiya olunmuş və idarəolunan texnoloji həllər təqdim edir. Təklif olunan sistemlər simsiz təqdimat və məzmun paylaşımını, videokonfrans və uzaqdan əlaqəni, işıqlandırma və pərdə avtomatlaşdırılmasını, proyeksiya sistemlərini və rəqəmsal məlumat tablolarını vahid texnoloji mühitdə birləşdirir.

Bu həllər görüş, təqdimat, təlim və konfrans proseslərinin daha çevik, səmərəli və funksional şəkildə təşkilinə imkan verir. Sistemlərin qarşılıqlı inteqrasiyası istifadəçi rahatlığını artırır, idarəetməni sadələşdirir və məkanın texniki imkanlarından maksimum səmərə ilə istifadə olunmasını təmin edir.

ClickShare

ClickShare konfrans və müşavirə zallarında, tədris otaqlarında tətbiq olunan müasir və portativ təqdimat sistemidir.

Sistem bir neçə noutbukdan eyni monitora kabelsiz qoşulmağa, təqdimat və konfrans keçirməyə, video və səs ötürməyə imkan verir.

ClickShare təqdimat zamanı masa üzərində əlavə avadanlıq və kabelləşməyə ehtiyacı azaltmaqla, bir toxunuşla məzmun paylaşmağa və müzakirəyə qoşulmağa imkan yaradır.

ClickShare

İşıq və pərdə sistemləri

Müşavirə otaqları və konfrans zalları üçün işıqlandırma və pərdələrin həm fərdi, həm də ssenarilər üzrə idarəetməsini təklif edirik. Dimmerlər işıq səviyyəsini tənzimləyərək tələb olunan işıqlandırmanı təmin edir. Bu həll elektrik enerjisinə qənaətə və lampaların istismar müddətinin uzanmasına xidmət edir.

Pərdələr eyni ssenarinin tərkib hissəsi kimi işləyir və zərurət yarandıqda əl ilə də idarə olunur.

İşıq və pərdə sistemləri

Konfrans sistemləri

Müşavirə zalları üçün videokonfrans avadanlıqları təklif edirik. Həll TV kanallarını və videoları izləmək, eləcə də videokonfrans keçirmək imkanı verir.

Zalların konfrans sistemlərini bir-biri ilə inteqrasiya edərək bank filialları və mərkəzi ofis arasında telekörpü yaratmaq imkanı təmin edirik. İnternet üzərindən dünyanın istənilən yerindən qoşulmaq, tədris proseslərində iştirak etmək, konfrans keçirmək və qarşılıqlı videogörüntü ilə fikir mübadiləsi aparmaq mümkündür.

Konfrans sistemləri

Proyeksiya sistemləri

Tavana gizlədilən motorlu proyektor ekranı və motorlu proyektor lifti təqdimat və tədris zamanı müəyyən edilmiş ssenariyə uyğun hərəkət edərək avtomatlaşdırma sisteminin tərkib hissəsi kimi işləyir. Proyektor avtomatik işə düşür və müvafiq kanala keçir.

Proyeksiya sistemləri

Məlumat tabloları

Müşavirə zallarının girişində divara quraşdırılan rəqəmsal məlumat tabloları təklif edirik. Tablolarda “Xoş gəlmisiniz” mesajı və keçirilən müşavirənin məzmunu əks olunur. İdarəetmə İT otağından həyata keçirilir.

Konfrans zalının girişində quraşdırılan LCD TV keçirilən konfrans haqqında məlumatı nümayiş etdirir.

Məlumat tabloları
Xidmətlərimiz