Videomüşahidə (CCTV)
Təklif etdiyimiz IP videomüşahidə kameraları obyektin təhlükəsizlik infrastrukturunun tələblərinə uyğun etibarlı və texnoloji həll təqdim edir.
Xüsusi əhəmiyyətli otaqlar üçün analitik kameralar təklif edirik. Bu kameralar icazəsiz götürülən və ya unudulan əşyaları, girişi qadağan olunmuş qapılara yaxınlaşan şəxsləri aşkar edərək təhlükəsizlik mərkəzinə siqnal və videogörüntü ötürür.
Texniki otaqlardakı istilik, açıq alov və tüstü sensorlarını CCTV sistemi ilə inteqrasiya edirik. Təhlükə zamanı müvafiq görüntü dispetçer ekranlarında əks olunur.
Filiallarda quraşdırılan kameraları baş ofisin dispetçer otağından və rəhbər şəxslərin istəyinə uyğun olaraq şəxsi kabinetlərindən izləmək imkanı təqdim edirik.
Videomüşahidə sistemini yanğın və kartlı keçid sistemləri ilə inteqrasiya edirik.
Görüntülərin server yaddaşında saxlanma müddətini sifarişçinin tələbinə əsasən hesablayırıq.
